"Yüklərin haradan daşınacağı artıq müzakirə predmeti deyil" - Vüqar İsgəndərov
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.
O, bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasına uyğun yaşamağı seçməlidirlər: "Digər bir məsələ Laçın yolu ilə bağlı olan suallardır. Bunun da konkret cavabı var. Laçın yolunda insanların keçidi təmin olunub. Gediş-gəlişə heç bir maneə yoxdur. Bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız normal şəkildə, sivil qaydada sərhəd-keçid məntəqəsindən keçərək hərəkət edirlər. Yüklərin, malların daşınması isə Azərbaycan tərəfinin konkret mövqeyi ilə Ağdam-Xankəndi yolu ilə olmalıdır. Azərbaycan bu məsələnin üzərində konkret dayanıb. Bu mübahisə predmeti deyil. Azərbaycan yalnız ermənilərə yox, onun havadarlarına da göstərmiş oldu ki, o öz ərazisində hər bir qərarı özü verəcək və vacib məqsədlərinə çatacaq. Bunu həm Qarabağ bölgəsində yaşayan erməni vətəndaşlarımız, həm onların arxasında dayanan qüvvələr unutmamalıdırlar. Onlar Azərbaycanın suveren ərazisində yaşadıqlarının fərqində olmalıdırlar və Konstitusiyamıza uyğun yaşamağı seçməlidirlər".
Seymur Bənnayev,
Sitat.info