Ukrayna gələn il ABŞ-dan 14 milyard yardım istəyəcək

Ukrayna gələn il ABŞ-dan 14 milyard yardım istəyəcək
Dünya 11 Sentyabr 2023 18:00

Rusiyanın davam edən işğalı fonunda büdcə xərcləri yüksək olaraq qaldığından Ukrayna gələn il ABŞ-ın 12-14 milyard dollar yardımına ehtiyac duyacaq.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.

“Hələ danışıqlar aparılmayıb, çoxlu qeyri-müəyyənliklər var və bunun təmin olunduğuna əmin deyilik. Ukrayna bu ilin sonuna kimi ABŞ-dan 3,3 milyard dollar yardım alacağına ümid edir”, - nazir qeyd edib.