Qəhrəmanmaraşda zəlzələ: ətraf rayonlarda da hiss edildi

Qəhrəmanmaraşda zəlzələ: ətraf rayonlarda da hiss edildi
Gündəm 09 Sentyabr 2023 10:22

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Dulqədiroğlu rayonunda 3,9 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, məlumatı AFAD yayıb.

Yerin 8,79 kilometr dərinliyində meydana gələn zəlzələ Qaziantep və ətraf rayonlarda da hiss edilib.

Tələfat və dağıntı qeydə alınmayıb.