Sunak Modidən Ukraynada sülh üçün xahiş edəcək

Sunak Modidən Ukraynada sülh üçün xahiş edəcək
Dünya 08 Sentyabr 2023 14:07

Britaniya Baş naziri Rişi Sunak Hindistan lideri Narendra Modi ilə gözlənilən görüşdə ondan Rusiyaya təsir imkanlarından istifadə edərək, Ukraynadakı müharibəni dayandırmağa kömək etməyi xahiş edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş Dehlidə G20 sammiti çərçivəsində baş tutacaq:

“İkitərəfli ticarət sazişinin, habelə Hindistanın münaqişənin həllində rolunun müzakirəsi gözlənilir”.