2023-cü il tarixdə ən isti yay olub
Bu ilki Şimal yarımkürəsinin tarixində ən isti yay olub.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, orta hava temperaturu 2023-cü ilin iyun, iyul və avqust aylarında qlobal miqyasda ən yüksək səviyyəyə çatıb.
2023-cü ilin yayında havanın temperaturu orta göstəricidən 0,66 dərəcə yuxarı qalxaraq 16,77 dərəcəyə çatıb.
Bu ilin ilk 8 ayında aparılan ölçmələrlə 2023-cü il bu günə qədər 2016-cı ildən bəri rekordların ən isti ili olub. 2023-cü ildə orta temperatur 2016-cı ildən cəmi 0,01 dərəcə aşağı qalıb.
Seymur Bənnayev
Sitat.info