DİN-dən gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT

DİN-dən gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT
Gündəm 31 Mart 2022 17:04

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

SİTAT.İNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidovun "report"a verdiyi məlumata görə, nazirlik görüntülərdən məlumatlıdır.

O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.