Ukrayna: Rusiya pilotsuz təyyarələri Rumıniya ərazisinə düşüb

Ukrayna: Rusiya pilotsuz təyyarələri Rumıniya ərazisinə düşüb
Dünya 05 Sentyabr 2023 15:58

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya pilotsuz təyyarələrinin Rumıniya ərazisinə düşdüyünü iddia edib.

Sitat.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ukraynanın paytaxtı Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kuleba bildirib ki, Rusiya pilotsuz təyyarələri Rusiyanın Ukraynaya aviazərbələri zamanı NATO üzvü Rumıniyanın ərazisinə düşüb.

Nazir Kuleba, iddialarını dəstəkləmək üçün əlində fotoşəkillərin olduğunu da bildirib.

Seymur Bənnayev

Sitat.info