Avstraliyada son 27 ilin ən isti qışı yaşanıb

Avstraliyada son 27 ilin ən isti qışı yaşanıb
Gündəm 01 Sentyabr 2023 22:37

Avstraliyada son 27 ilin ən isti qışı yaşanıb.

Sitat.info xəbər verir ki, Avstraliya Meteorologiya Bürosunun verdiyi açıqlamaya görə, ölkə üzrə orta qış temperaturu 1961-ci ildən 1990-cı ilə qədər orta temperaturdan 1,54 dərəcə yüksək olub.

Avstraliyada bu ilki qış mövsümü 1996-cı ildən bəri ən isti qış kimi qeydə alınıb.

Meteorologiya Bürosu, həmçinin ölkənin bir çox bölgələrində yazda gözləniləndən daha az yağış yağacağını və daha isti olacağını proqnozlaşdırıb.

Seymur Bənnayev

Sitat.info