Paşinyan İlham Əliyevlə görüşəcək - Tarix açıqlandı

Paşinyan İlham Əliyevlə görüşəcək - Tarix açıqlandı
Gündəm 30 Mart 2022 23:31

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.


SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Görüş aprelin 6-da baş tutacaq. Görüşün hansı formatda olacağı açıqlanmayıb.