Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət etdi

Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət etdi
Gündəm 30 Avqust 2023 17:10

Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə qardaş ölkəyə işgüzar səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Sitat.info xəbər verir ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyulub, hörmət və ehtiram nümayiş etdirilib.