İsrail əsgərləri fələstinli yeniyetməni öldürüb

İsrail əsgərləri fələstinli yeniyetməni öldürüb
Gündəm 22 Avqust 2023 12:15

İsrail ordusu Hebron və Nablus şəhərlərində 3 yəhudi əsilli şəxsin ölümü ilə nəticələnən hücumları həyata keçirənləri tutmaq üçün son günlər Fələstinin şəhər və qəsəbələrinə basqınlarını davam etdirir.

Sitat.info "TRThaber"ə istinadən xəbər verir ki, İordan çayının qərb sahilindəki Hebron, Nablus, Cenin, Tulkərəm və Çalkiyə şəhərlərində İsrail ordusunun birlikləri   reydlər keçirib.

Fələstin Səhiyyə Nazirliyi 17 yaşlı fələstinli Osman Əbu Herecin İsrail əsgərlərinin Ceninə basqını zamanı başından vurularaq öldürüldüyünü açıqlayıb.
İsrail ordusu avqustun 19-da Nablus yaxınlığındakı Huvvara qəsəbəsində silahlı hücum nəticəsində iki yəhudinin öldürüldüyünü açıqlayıb.  

Hücumları törədənləri tutmaq üçün Fələstinin şəhər və qəsəbələrinə basqın edən İsrail ordusu dünən  8 fələstinlini yaralayıb.

Məğrur.

Sitat.info