Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyədə növbəti zəlzələ baş verdi
Dünya 21 Avqust 2023 18:28

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 5,17 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat yoxdur.