Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşır

Türkiyəyə dəhşətli isti dalğası yaxınlaşır
Gündəm 21 Avqust 2023 15:47

 

Türkiyəyə yeni isti dalğası yaxınlaşır, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

“Ölkənin şərq və cənub-şərqində müşahidə olunan isti dalğaları digər rayonlarda da öz təsirini göstərəcək. Havanın temperaturu mövsümi normadan 10 dərəcə yüksək olacaq”, - məlumatda qeyd olunub.

Meteoroloqların bildirdiyinə görə, ən yüksək temperatur Diyarbəkir (41), Qaziantep (40) və Ədirnədə (38) qeydə alınacaq.