Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatıb

Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatıb
Dünya 12 Avqust 2023 12:23

Turizm cənnəti Havayın ən böyük adalarından biri olan Maui, tarixində ən böyük meşə yanğını fəlakətini yaşayır. Yanğınlarda həyatını itirənlərin sayı 80-ə çatıb, yüzlərlə insan itkin düşüb. Alovla mübarizə üç fərqli nöqtədə davam edir.

Sitat.info xəbər verir ki, ABŞ-ın turizm cənnəti olan Havay ştatının Maui adasında meşə yanğınları hələ də davam edir.

Ada rəsmiləri tərəfindən edilən açıqlamada yanğınlarda həyatını itirənlərin sayının 80-ə yüksəldiyi açıqlanıb. Ştat tarixindəki ən ölümcül təbii fəlakətdə yüzlərlə insanın itkin düşdüyü bildirilir. Axtarış işlərinin meyit itləri ilə aparıldığı bir vaxtda ölənlərin sayının arta biləcəyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info

Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatıb