BMT: Suriya ilə Türkiyə arasındakı sərhəd qapısı daha 6 ay humanitar yardıma açıqdır

BMT: Suriya ilə Türkiyə arasındakı sərhəd qapısı daha 6 ay humanitar yardıma açıqdır
Dünya 09 Avqust 2023 19:44

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünən Cilvegözü Sərhəd Qapısının Suriya tərəfi olan Bab əl-Hava Sərhəd Qapısının daha 6 ay açıq qalması üçün Suriya rəhbərliyi ilə razılaşdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin bəyanatında aşağıdakı bəyanatlar yer alıb:

“Baş katib dünən Birləşmiş Millətlər Təşkilatı və Suriya hökuməti tərəfindən Suriyanın şimal-qərbində ehtiyacı olan milyonlarla insana həyati xilasetmə humanitar yardım göstərmək üçün növbəti altı ay ərzində Bab əl-Həva sərhəd keçidindən istifadəni davam etdirmək barədə əldə edilmiş razılaşmanı alqışlayır".

Aytəkin

Sitat.info