Rusların bu raketini vurmaq çox çətindir - Ukrayna

Rusların bu raketini vurmaq çox çətindir - Ukrayna
Dünya 07 Avqust 2023 14:45

Rusiyanın aeroballistik raketlərini vurmaq çətindir.

Sitat.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Xəncər”i vurmaq çox çətindir. Bu raket saatda 7500 kmç sürətlə uçur. Bu tip raketin aşkarlanması və zərərsizləşdirilməsi üçün vaxt çox qısadır. Amma Ukraynanın “Xəncər”i vurmaq üçün vasitəsi var. Sualtı qayıqlardan buraxılan “Kalibr”ləri də vurmaq xeyli çətindir. Sualtı qayıq gözlənilməz zərbə endirir, harada olduğu bilinmir”, - İqnat bildirib.