Rusların bu istiqamətdə 150 minlik canlı qüvvəsi var

Rusların bu istiqamətdə 150 minlik canlı qüvvəsi var
SİYASƏT 03 Avqust 2023 15:40

Tavriya istiqamətində Rusiyanın 150 minə yaxın canlı qüvvəsi var.

Sitat.info xəbər verir ki, bunu “Tavriya” qruplaşmasının komandir müavini Sergey Kuzmin deyib.

“Cənubda ruslar cəbhənin digər sektorlarından bölmələri çıxararaq daim ehtiyatlar hazırlayırlar. Rusiyanın 35, 36, 5 və 58-ci birləşmiş orduları o istiqamətdədir”, - Kuzmin bildirib.

Onun sözlərinə görə, ruslar bu istiqamətdə hər gün 2-3 bölük itirirlər.

Kuzmin bildirib ki, Ukrayna ordusunun aktiv irəliləməsi üçün aviasiya, hava hücumundan müdafiə sistemləri, eləcə də minaların təmizlənməsi üçün mühəndis texnikaları çatışmır.