Nabranda istirahət mərkəzində yanğın

Nabranda istirahət mərkəzində yanğın
HADİSƏ 03 Avqust 2023 09:22

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Sitat.info xəbər verir ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.