Yuxarı Qarabağ kanalında yarılma: iki kəndin ərazisinə su doldu

Yuxarı Qarabağ kanalında yarılma: iki kəndin ərazisinə su doldu
Gündəm 02 Avqust 2023 18:05

 

Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.

Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.