Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir

Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir
Dünya 02 Avqust 2023 13:57

Belçika Nigerdəki hərbi çevrilişdən sonra 15 vətəndaşını Fransa vasitəsilə təxliyə edib.

Sitat.info xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadja Lahbib, əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platformasında 15 vətəndaşın Fransa təyyarəsi ilə Nigeri tərk etdiyini açıqlayıb.

Lahbib fransalı həmkarı Catherine Colonnaya təşəkkürünü çatdırıb və gələcək evakuasiyalar üçün əlaqə saxlayacaqlarını bildirib.

Nigerdə təxminən 110 belçikalı olduğu məlumdur.

Seymur Bənnayev

Sitat.info