Niger çevrilişdən sonra sərhədlərini açdı

Niger çevrilişdən sonra sərhədlərini açdı
SİYASƏT 02 Avqust 2023 10:17

 

Niger ordusu dövlət çevrilişindən sonra bağlanan Əlcəzair, Burkina-Faso, Liviya, Mali və Çad ilə ölkənin sərhədlərini açıb.

Sitat.info xəbər verir ki, bu barədə AFP çevrilişi həyata keçirən hərbçilərin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Əlcəzair, Burkina-Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədləri bu gündən etibarən yenidən açılıb”, - mənbə bildirib