Pakistanda siyasi partiya konqresinə intiharçı hücum: 56 nəfər həlak oldu

Pakistanda siyasi partiya konqresinə intiharçı hücum: 56 nəfər həlak oldu
HADİSƏ 01 Avqust 2023 18:03

Pakistanda siyasi partiya konqresinə intiharçı hücumu nəticəsində ölənlərin sayı 56-ya çatıb

Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyətinin (JUI-F) konqresini hədəf alan intiharçı hücumda həyatını itirənlərin sayı 56-ya yüksəlib.
Sitat.info xəbər verr ki, iyulun 30-da Hayber Paxtunxvanın Bacaur bölgəsində JUI-F üzvlərinin konqresə təşkil etdiyi intiharçı hücumda daha 2 nəfərin ağır yaralanmasından sonra ölənlərin sayı 56-ya yüksəlib.

Hücumda həyatını itirənlərdən 23-nün uşaq olduğunu bildirilir. 

Terror təşkilatı DEAŞ sosial media hesablarından paylaşım edərək hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.