44 günlük müharibədən möcüzə nəticəsində xilas olduq - Paşinyan

44 günlük müharibədən möcüzə nəticəsində xilas olduq - Paşinyan
KRİMİNAL 25 İyul 2023 15:08

44 günlük müharibədən sonra biz az qala möcüzəvi şəkildə dövlətimizi, dövlətçiliyimizi xilas etdik.

Sitat.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Dövləti, dövlətçiliyi zərbə altına aldıq. Bunu öz istəyimizlə yox, çox xoş niyyətlə və ya çox haqlı qorxu ilə etdik. Bu gün də vəziyyət eynidir”, - o bildirib.