513-cü gün: Rusiyanın itkiləri açıqlandı

513-cü gün: Rusiyanın itkiləri açıqlandı
Dünya 21 İyul 2023 09:41

Ukrayna müharibənin 513-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 240 690 hərbçi, 4133 ədəd tank, 8080 ədəd zirehli döyüş maşını, 4610 ədəd artilleriya sistemi, 692 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 440 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7134 ədəd avtomobil texnikası, 3933 ədəd PUA, 1298 qanadlı raket, 18 gəmi/qayıq, 686 xüsusi avadanlıq itirib.