AB-dən Türkiyə ilə bağlı mühüm çağırış

AB-dən Türkiyə ilə bağlı mühüm çağırış
Dünya 20 İyul 2023 14:41

AB Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və Ukraynadakı münaqişənin geosiyasi nəticələrindən sonra Türkiyə ilə konstruktiv əməkdaşlıq etməyə çağırır.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti AB-nin diplomatik sənədinə istinadən məlumat yayıb.

“AB Türkiyə ilə münasibətlərdə təsirini gücləndirməyə və artırmağa diqqət yetirə bilər. Dəyişən geosiyasi kontekst fonunda AB-Türkiyə münasibətlərində yaxın və orta müddətli perspektivdə irəliləyişin müzakirə edilməsi vacibdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, viza rejiminin liberallaşdırılması və Türkiyənin blokun Gömrük İttifaqında iştirakı ilə bağlı irəliləyişlər də mümkündür:

“Lakin bunun üçün Ankara məlumat mübadiləsi və antiterror qanunvericiliyi, eləcə də Brüsselin proteksionist hesab etdiyi ticarət məsələləri ilə bağlı tədbirlər görməlidr”.