Daşkəsən RİH başçısının səlahiyyətləri ona həvalə olundu

Daşkəsən RİH başçısının səlahiyyətləri ona həvalə olundu
Gündəm 19 İyul 2023 14:31

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

Sitat.info xəbər verir ki, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.