Zelenski: İlk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq

Zelenski: İlk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq
Dünya 13 İyul 2023 13:20

Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsi üçün yaxşı nəticələrlə qayıtdıqlarını bildirib və deyib: “Bu, çox vacibdir.  Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq".

Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi video açıqlamada NATO-nun Vilnüs sammitini dəyərləndirib.

Zirvədən ölkəsi və Ukrayna əsgərləri üçün yaxşı nəticələrlə qayıtdıqlarını ifadə edən Zelenski: “Bu, çox vacibdir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq. Bunlar dünyanın 7 aparıcı demokratik ölkəsi tərəfindən təsdiqlənən maddi təhlükəsizlik zəmanətləridir”, - açıqlamasında deyib.

Ukraynanın daha əvvəl heç vaxt belə bir təhlükəsizlik təməlinin olmadığını vurğulayan Zelenski: “Bu təməl üzərində biz ən güclü ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalarından ibarət yeni və hüquqi müstəvidə məcburi bir arxitektura quracağıq”, - deyə qeyd edib.

Seymur Bənnayev

Sitat.info