Lavrov qıcıqlansa da, bununla barışacaq - Kuleba

Lavrov qıcıqlansa da, bununla barışacaq - Kuleba
Dünya 13 İyul 2023 12:54

Biz bütün hallarda F-16 qırıcı təyyarələrini əldə edəcəyik.

Sitat.info xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba Tvitterdə yazıb.

O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur:

“Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.

Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də F-16-ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.