Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi
Dünya 12 İyul 2023 10:06

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 11-i "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində yaralanan və xəstəxanada müalicə alan Ərdəm Kavlak bu gün dünyasını dəyişib.