Bakıda Qoşulmama Hərəkatının iclası keçirilir

Bakıda Qoşulmama Hərəkatının iclası keçirilir
SİYASƏT 05 İyul 2023 09:18

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir.

Sitat.info xəbər verir ki, iclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir.

Tədbir iyulun 6-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.