Meta Tvitterin analoqunu yaratdı

Meta Tvitterin analoqunu yaratdı
Dünya 04 İyul 2023 12:36

İyulun 6-da Amerikanın Meta korporasiyası Tvitter sosial şəbəkəsinin analoqunu – “Threads” əlavəsini istifadəyə verəcək.

Sitat.info xəbər verir ki, Tvitterin potensial rəqibi İnstaqram sosial şəbəkəsi əsasında fəaliyyət göstərəcək.

“Threads” Əpstorun ABŞ seqmentində insanları bir araya toplayacaq. ABŞ-dakı istifadəçilər iyulun 6-da “Threads”i pulsuz yükləyə biləcəklər.