Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb

Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb
Dünya 23 Mart 2022 09:15

Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, təşkilata üzv ölkələrin xüsusi şurası Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişini, o cümlədən bütün məlumat mübadiləsini və kadr hazırlığını dayandırmaq qərarına gəlib.

EUMETSAT - Darmştadtda yerləşən hökumətlərarası təşkilatdır. O, peyklərin buraxılması və istismarı, peyk məlumatlarının son istifadəçilərə çatdırılması və operativ iqlim monitorinqinin asanlaşdırılması üçün məsuliyyət daşıyır.