MAQATE rəhbəri sabah Rusiyaya gedəcək

MAQATE rəhbəri sabah Rusiyaya gedəcək
Dünya 22 İyun 2023 14:01

MAQATE-nin baş direktoru Rafael Qrossi iyunun 23-də Rusiyaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat yayıb.

MAQATE-nin baş direktoru Kalininqradda “Rosatom” dövlət nüvə enerji şirkətinin icraçı direktoru Aleksey Lixaçevlə müzakirə aparmaq niyyətindədir.