Ukrayna: "Rusiyanın Odessaya hücumu nəticəsində ən azı 3 mülki şəxs həlak olub"

Ukrayna: \"Rusiyanın Odessaya hücumu nəticəsində ən azı 3 mülki şəxs həlak olub\"
Dünya 14 İyun 2023 11:03

Ukrayna Rusiyanın Odessaya raket hücumunda ən azı 3 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığı Rusiyanın şəhərə 4 qanadlı raket atdığını, daha əvvəl atılan 2 raketin isə hədəflərinə çatmamış məhv edildiyini bildirib.

Şəhərin mərkəzində bir iş binasına, təhsil müəssisəsinə, yaşayış kompleksinə, qida obyektlərinə və mağazalara ziyan dəydiyi açıqlanıb.

Hücumda ən azı 3 nəfərin öldüyü bildirilib, dağıntıların aradan qaldırılması işlərinin davam etdiyi və dağıntılar altında insanların ola biləcəyi bildirilib.

Seymur Bənnayev

Sitat.info