Bakıda çağırışa gedən təcili yardım piyadanı vurdu

Bakıda çağırışa gedən təcili yardım piyadanı vurdu
Gündəm 14 İyun 2023 09:19

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

Sitat.info xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.