Xankəndidə həyat iflic olub- VİDEO

Xankəndidə həyat iflic olub- VİDEO
Gündəm 19 Mart 2022 18:41

11 gündür qaz təchizatının qəza səbəbindən dayandığı, elektrik təminatında ciddi problemin yarandığı Azərbaycanın Xankəndi şəhərində qar yağması səbəbindən həyat iflic olub.


 Musavat.com erməni mənbələrinə istinadən bildirir ki, qar örtüyünün 30-40 sm-dək artması səbəbindən avtobuslar xəttə çıxmayıb. Ermənilərin olduğu digər yaşayış məntəqələrində isə qarın hündürlüyü daha da yüksəkdir.

Qeyd edək ki, son günlər ermənilərin köçü intensivləşib. Xankəndidən erməni teleqram kanallarda paylaşılan son kadrları təqdim edirik.

İnşallah tezliklə Azərbaycan bayrağı ucalar və Xanın kəndində həyat axarına düşər.