Kaxovka bəndi NATO-Ukrayna komissiyasında müzakirə olunacaq

Kaxovka bəndi NATO-Ukrayna komissiyasında müzakirə olunacaq
Dünya 07 İyun 2023 20:28

Sabah NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, NATO-ya üzv ölkələrin səfirlərinin də qatılacağı toplantıda Ukraynada baş verənlər və Kaxovka bəndinin vurulması müzakirə olunacaq.

NATO-nun baş katibi Stoltenberqin sədrliyi ilə keçiriləcək iclasda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə iştirak edəcək.

Seymur Bənnayev

Sitat.info