Toqquşmalar şiddətlənir: 9 PUA Krıma hücum edib

Toqquşmalar şiddətlənir: 9 PUA Krıma hücum edib
Dünya 05 İyun 2023 12:19

Ukrayna müharibəsinin 466-cı günündə toqquşmalar qızışmağa başlayıb.

Sitat.info xəbər verir ki, Krım regional administrasiyasının rəhbəri Sergey Aksyonov ötən gecə Ukraynanın 9 PUA ilə Krıma hücum etdiyini açıqlayıb.

Aksyonov bildirib ki, beş pilotsuz təyyarə vurulub, dördü isə elektron döyüş maşınları ilə zərərsizləşdirilib. Hücumlarda ölən və yaralanan olmayıb.

Rusiyanın Dnepr şəhərinə raket hücumu nəticəsində 2 yaşlı qız ölüb, 20 nəfər yaralanıb.

Seymur Bənnayev

Sitat.info