Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək
SOSİAL 05 İyun 2023 12:11

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətin məlumat verilib.

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsaən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.