Lirə növbəti dəfə tarixi minimuma düşdü

Lirə növbəti dəfə tarixi minimuma düşdü
Özəl 03 İyun 2023 13:22

Türkiyə milli valyutası ucuzlaşmaqda davam edir.

Sitat.info xəbər verir ki, hazırda 1 dollar 21 lirəyə yaxınlaşıb (1 dollar 20,96 lirəyədir).

Avro isə 22,5 lirəyə qalxıb.

Qeyd edək ki, prezident seçkilərinin 28 mayda keçirilən ikinci turundan sonra lirənin ucuzlaşması sürətlənib. Hökumət bunu pensiya və maaşların artırılması ilə kompensasiya edəcəyini açıqlayıb.