Rusiya Zaporojyeni atəşə tutub, 2 nəfər həlak olub, 4 nəfər yaralanıb

Rusiya Zaporojyeni atəşə tutub, 2 nəfər həlak olub, 4 nəfər yaralanıb
Dünya 02 İyun 2023 16:38

Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 2 nəfər dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.