Lahıc yolu qaya parçalarından təmizləndi - Video

Lahıc yolu qaya parçalarından təmizləndi - Video
HADİSƏ 01 İyun 2023 12:21

İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.