ABŞ-da silahlı hücum: 3-ü uşaq olmaqla 9 nəfər yaralandı
ABŞ-da dünən qeyd olunan Xatirə günündə Florida ştatının Hollivud bölgəsində axşam saatlarında baş verən atışmada 9 nəfər yaralanıb.
Silahlı hücumda yaralananlardan 4-nün 1 ilə 17 yaş arasında olduğunu bildirilir. Yaralılardan birinin dünən əməliyyat olunduğunu açıqlayıb.
Bettinesçi hücumun yerli vaxtla axşam saat 6 radələrində başladığını, ən azı bir silahdan istifadə edildiyini və bir nəfərin saxlanıldığını qeyd edib.
Polis digər şübhəlilərin axtarışını davam etdirdiyindən insidentlə bağlı istintaq davam edir. Yaralıların hamısının vəziyyəti stabildir.