Aralıq dənizində 500-ə yaxın miqrantı daşıyan qayıq itib

Aralıq dənizində 500-ə yaxın miqrantı daşıyan qayıq itib
Dünya 26 May 2023 22:57

Aralıq dənizini keçməyə çalışan 500-ə yaxın nizamsız miqrantın olduğu qayığın itdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aralıq dənizi Koordinasiya Ofisinin sözçüsü Flavio Di Giacomo, Twitter hesabından paylaşım edərək bildirib: "500 miqrantı daşıyan və izi itən qayığın taleyi ilə bağlı hələ heç bir məlumat yoxdur. Təcili yardım qrupu axtarışlara davam edir".

Di Giacomo itkin düşənlərə çatmaq üçün axtarış-xilasetmə fəaliyyətlərinə lazımi dəstəyin verilməsini istəyib.

Seymur Bənnayev

Sitat.info