Ukrayna: Rusiya ordusu Dneprdəki xəstəxanaya raket zərbəsi endirib, 2 ölü, 30 yaralı var

Ukrayna: Rusiya ordusu Dneprdəki xəstəxanaya raket zərbəsi endirib, 2 ölü, 30 yaralı var
Dünya 26 May 2023 22:38

Ukraynanın Dnepr şəhərindəki xəstəxanaya Rusiya qüvvələri tərəfindən raket hücumu həyata keçirildiyi, hücum nəticəsində 2 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Dnepr vilayətinin Dövlət Administrasiyasının rəhbəri Sergiy Lisak sosial media hesabından verdiyi yazılı açıqlamada Rusiya ordusunun Dnepr şəhərindəki xəstəxanaya raket hücumu həyata keçirdiyini bildirib.

Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyini, 2-si uşaq olmaqla 30 nəfərin yaralandığını qeyd edən Lisak, dağıntılar altında olduğu bilinən 3 nəfərdən hələ xəbər almadıqlarını qeyd edib.

Seymur Bənnayev

Sitat.info