Ərdoğanın adından Sinan Oğanla bağlı yayılan böyük yalan...

Ərdoğanın adından Sinan Oğanla bağlı yayılan böyük yalan...
Dünya 20 May 2023 08:42

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində “Sinan Oğana boyun əyməyəcəyəm” deyə bir ifadə işlətməyib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“CNN İnternəşnl"a müsahibəsində Ərdoğanın “Sinan Oğana boyun əyməyəcəyəm” kimi ifadə işlətməsi iddiası doğru deyil. Ərdoğan müsahibədə belə bir fikir ifadə etməyib”, - deyə bildirilib.