Zelenski: Rusiya torpaqlarına hücum etmirik, qanuni torpaqlarımızı azad edirik
Ukrayna prezidenti Volodomir Zelenski Rusiya torpaqlarına hücum etmədiklərini, qanuni torpaqlarını azad etdiklərini bildirib.
Sitat.info xəbər verir ki, Berlinə səfər edən Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Prezident sarayında keçirdiyi görüşdən sonra Baş nazir Olaf Şolz tərəfindən Baş nazirlik binası qarşısında hərbi mərasimlə qarşılanıb.
Nümayəndə heyətləri arasında baş-başa danışıqlardan sonra Şolz və Zelenski birgə mətbuat konfransı keçirib.
Ukraynanın Rusiya ərazisinə hücum edib-etməyəcəyi ilə bağlı suala Zelenkiy deyib: “Biz Rusiya ərazisinə hücum etmirik, qanuni torpaqlarımızı qoruyuruq. Bunu etmək üçün nə vaxtımız, nə də gücümüz var".
Ukrayna prezidenti Zelenski ölkəsinin işğal olunmuş əraziləri geri almaq üçün əks-hücum hazırladığını bildirib.