İsrail ordusu İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

İsrail ordusu İordan çayının qərb sahilində bir fələstinlini öldürüb
Dünya 15 May 2023 10:35

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb, digərini isə yaralayıb.

Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail ordusunun Nablus şəhərinin şərqindəki Əsgər düşərgəsində açdığı atəş nəticəsində bir Fələstin vətəndaşı şəhid olub, bir nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu düşərgəyə basqın edən zaman onlarla fələstinli gözyaşardıcı qaz və canlı güllələrlə cavab verib.

Seymur Bənnayev

Sitat.info