Daha bir şəhidimiz var - Təcili

Daha bir şəhidimiz var - Təcili
Gündəm 13 May 2023 00:28

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, ötən gün hərbi qulluqçumuz Orxan Elxan oğlu Novruzəlizadə şəhid olmuşdu.