Kriminal aləmin "Qara Rahilə"si Bakı həbsxanasında  ÖLDÜ - FOTO

Kriminal aləmin \"Qara Rahilə\"si Bakı həbsxanasında  ÖLDÜ - FOTO
KRİMİNAL 16 Mart 2022 21:00

Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır.

Qeyd edək ki, R. İsmayılova kriminal aləmdə “Qara Rahilə” kimi tanınıb. O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib.

Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.

“Qara Rahilə” 5 dəfə məhkumluq həyatı yaşayıb.